Onlayn imtahan sessiyasının sonuncu həftəsi başlayıb

06/07/2020


Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının dsonuncu həftəsi başlayıb.
İyulun 6-da bakalavriat pilləsində təhsil alan 191 qrup üzrə 439 (169 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 21 ixtisaslaşmada 15 fənn üzrə 81 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 560 tələbə imtahanlarda iştirak edib.

Xarici ölkə vətəndaşları üçün hazırlıq şöbəsi və dil kursu üzrə imtahanlar yekunlaşıb, imtahanlarda 71 əcnəbi tələbə iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
BDU-da yay semestrinin imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026