Onlayn Tələbə Müzakirə Forumu keçirilib

09/06/2020

İyunun 5-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə ATU-nun 90 illik yubileyinə həsr olunmuş “II Tibb və Hüquq” onlayn Tələbə Müzakirə Forumu keçirilib. Forumda BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov qonaq qismində  iştirak ediblər. Qonaqlar forum haqqında öz fikirlərini bölüşüb, onun işinə uğurlar arzulayıblar.

Forumun spikerləri BDU-nun Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadə və ATU-nun I Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülnaz Hüseynova olub.

Forumda tibb işçiləri və pasiyentlərin hüquqları, orqan köçürülməsi, evtanaziya kimi mövzuların tibbi və hüquqi tərəfdən müzakirələri aparılıb. 2 saata yaxın davam edən forumda 100-ə yaxın yaxın tələbə iştirak edib.

Sonda universitetlərin tələbələrinin aktiv iştirakı ilə mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026