OPTEK şirkətinin nümayəndələri BDU-da olublar

07/05/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov OPTEK şirkətinin Rusiya və MDB üzrə baş menenceri Maksim İqelniki və OPTEK-in Azərbaycan nümayəndəliyinin direktotu Nataliya Həmzəyevanı qəbul edib.Qonaqlara universitet haqqında məlumat verən rektor OPTEK-in 2012-ci ildə təşəbbüsü ilə Almaniyanın Carl Zeis şirkətinin istehsal etdiyi optik mikroskopların BDU-ya hədiyyə etdiyini və bu cihazların təhsilin keyfiyyətinin yaxşılaşmasında müstəsna rolu barədə məlumat verib. Maksim İqelnik Bakı Dövlət Universitetinin elmi-tədqiqat laboratoriyalarının müasir avadalıqlarla təchiz olunduğundan razı qaldığını bildirib, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksək olıduğunuqeyd edib. OPTEK ilə BDU arasındakı gələcək əməkdaşlıqdan danışan qonaq universitetdə gənc tədqiqatçılara diqqət yetirilməsini dəyərləndirib və BDU-nun gənc alimlərinin OPTEK-in gənc alimlər üçün ayırdığı qrant müsabiqələrində iştirak etməsini tövsiyyə edib. Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir. Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də, yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq əsas strateji xəttdir. Rektor BDU-ya yaxın zamanlarda alınacaq bir sıra yeni cihaz və avadanlıqlar istəqamətində atılan addımlarda OPTEK-in roluna yüksək qiymət verib, qrant layihələri və universitet büdcəsi hesabına cihazların alınması barədə fikirlərini bildirib.

Görüşdə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov da iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 07 may, 2014-ci il.


Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026