İordaniya King`s Akademiyasının direktoru Şərqşünaslıq fakültəsində

24/04/2017

İordaniya King`s Akademiyasının direktoru xanım Rim Masri və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları Şərqşünaslıq fakültəsində olublar. Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələrinini iştirakı ilə keçirilən görüşü dekan, professor Elxan Əzizov açıb. Azərbaycan-İordaniya əlaqələrindən danışan dekan bildirib ki, xanım Rim Masri ərəb dilinin tədrisi proqramının təşviqi məqsədilə Bakıya səfər edib.

Şərqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüşündən məmnunluğunu ifadə edən xanım Rim Masri fakültədə ərəb dilinin tədrisi və bu sahədə nəşr olunan dərslik və dərs ləvazimatları ilə yaxından tanış olduğunu qeyd edib, mövcud vəziyyətin onu ürəkdən sevindirdiyini vurğulayıb.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2017-c il


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026