İordaniyanın səfiri BDU-da olub

29/01/2020

Bakı Dövlət Universitetində (BDU) İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüş keçirilib.
Qonağı salamlayan rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən danışıb, o cümlədən İordaniya ilə təhsil və elm sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına əhəmiyyət verildiyini qeyd edib.
Görüşdə Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan rektor bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Səfir Sami Abdullah Ğoşeh də öz növbəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni hədəflərə uyğun olaraq inkişafına dəstək verəcəyini söyləyib, BDU ilə həyata keçiriləcək layihələrdə tərəfdaş olacaqlarını bildirib.
Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026