“Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri

05/04/2016

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirilib.  Tədbirdə İnstitutun direktoru Möhsün Nağısoylu, Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli, İnstitutun şöbə müdirləri, dilçi alimlər və KİV nümayəndələri iştirak ediblər.

Konfransda Bakı Dövlət Universitetinin “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının əməkdaşı Pərvin Eyvazov və sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasının tələbəsi Nuranə Hüseynli də iştirak edib.

Pərvin Eyvazov 7-ci sinif  “Azərbaycan tarixi” dərsliyi, Nuranə Hüseynli isə 8-ci sinif “İnformatika” dərsliyində ədəbi dil normalarının pozulması halları ilə bağlı məruzələr edib, dərsliklərdəki dil və  üslub problemləri barəsində ətraflı məlumat veriblər. Sonda mövzu əsasında müzakirə aparılıb, iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 05 aprel 2016-cı il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026