“Paşa Bank” BDU-da “Rəqəmsal məhsulun yaradılması və inkişafı” mövzusunda infosessiya keçirib

31/10/2023

“Paşa Bank” Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə tələbələr üçün növbəti təlim keçirib.

Təlimçi, “Paşa Bank”ın əməkdaşı Təhminə Misirli “Rəqəmsal məhsulun yaradılması və inkişafı” mövzusunda danışıb. Bildirilib ki, istifadəçilərin arzu və istəklərinə uyğun məhsullar müəyyən edilərkən öncə irəli sürülən fərziyyəyə diqqət edilməlidir. Bu zaman fərziyyələrin bir neçə növü (sadə, sıfır, kompleks) meydana çıxır. Onların doğru və ya yanlışlığı təhlil edilir, bu da öz növbəsində dəyərli məhsulun yaradılmasına təsir göstərir. Beləliklə, məhsulun kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq irəli sürülən fərziyyələr də dəyişir.

Təlimçi mövzunu diskussiya şəklində aparıb və sonda tələbələrin mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026