PAŞA Bank ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb

18/06/2021

PAŞA Bank və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Müqaviləni PAŞA Bankın baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımov və BDU-nun rektoru Elçin Babayev imzalayıb.

Memorandumda PAŞA Bank və BDU arasında müasir təhsil (elm) proqramlarının həyata keçirilməsi sahəsində birgə əməkdaşlığın perspektivli sahələrinin inkişaf etdirilməsi, biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarının, innovasiyaların tətbiqi, təhsil və bank sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın istifadəsi və inkişafında qarşılıqlı əlaqələndirmə, təhsil və bank xidmətləri sahəsində birgə seminar, treninq, konfrans və digər təhsil tədbirlərinin təşkili və həyata keçirilməsi, PAŞA Bankda BDU tələbələri üçün staj keçirilməsi və s. nəzərdə tutulur.

İmzalanma mərasimdə çıxış edən BDU-nun rekroru Elçin Babayev PAŞA Bankın yaradılmasının 14-cü ili münasibətilə qonaqları təbrik edərək, BDU və PAŞA Bank arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. BDU ilə PAŞA Bank arasında əməkdaşlığın perspektivləri haqqında söhbət açıb. PAŞA Bankın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov çıxışında bildirib ki, təmsil etdiyi qurum bir tərəfdaş kimi işgüzar fəaliyyətə böyük dəstək verir. PAŞA Bankın əsas hədəflərindən danışan T.Kazımov bankın gənclərin peşəkar kadr kimi yetişməsinə daim dəstək olduğunu və BDU ilə əməkdaşlığın bu istiqamətə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xəbərlər

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
25/12/2025

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
25/12/2025

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar
25/12/2025