“Paşa Bank”ın BDU tələbələri üçün növbəti təlimi

15/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr üçün “Rəqəmsal məhsulun yaradılması və inkişafı” mövzusunda təlim keçirilib. Təlim “Paşa Bank”ın əməkdaşı/məhsul sahibi Təhminə Misirli tərəfindən aparılıb.

Təlimçi yaradılması nəzərdə tutulan məhsulun digər yaradılan məhsullardan üstünlüyü və fərqi, məhsulun düzgün seçilməsinə qoyulan tələblər, məhsulun yaradılması üçün çəkilən xərclər və s. məsələlərə aydınlıq gətirib. Bildirib ki, məhsulun yaradılmasından sonra onun inkişafında metrik izləmənin həyata keçirilməsi vacib məqamlardan biridir. Bu zaman müştəri məmnuniyyəti də ön plana çəkilir.

Təlimdə iştirak edən tələbələrdən hər biri öz təqdimatı ilə çıxış edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026