“Paşa Həyat Sığorta” BDU tələbələri üçün infosessiya keçirib

19/04/2023

“Paşa Həyat Sığorta”nın Hüquq departamentinin direktoru Səbuhi Göyüşov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri üçün “Həyat sığortası – praktiki kazuslarla” mövzusunda infosessiya keçirib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov iştirakçıları sektorun fəaliyyəti ilə tanış edib, tələbələrin əmək bazarına hazırlıqlı daxil olmasının prioritet istiqamət olduğunu vurğulayıb. Sığorta şirkətlərinin inkişafının əmək bazarında rəqabətlilik yaratdığını qeyd edən İlkin Şərifov tələbələri təşkil edilmiş bilik mübadiləsində aktiv iştirak etməyə səsləyib.     
“Paşa Həyat Sığorta”nın Hüquq departamentinin direktoru Səbuhi Göyüşov Hüquq fakültəsinin tələbələrini sığortanın tarixi, mövcud vəziyyəti haqqında məlumatlandırıb. Daha sonra həyat sığortası ilə qeyri-həyat sığortası arasındakı fərqləri aydınlaşdırıb, həyat sığortasını əmək bazarında gündəlik baş verən praktik kazuslarla izah edib.
Görüşdə BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi,  istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.
İnfosessiyanın gedişində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

 

 

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026