“Paşa Həyat Sığorta” BDU-da təlim keçib

26/10/2021

“PAŞA Həyat Sığorta” ASC və Bakı Dövlət Universiteti (BDU) arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Sazişə uyğun olaraq tələbə və magistrlər üçün təlimlərə start verilib.

Tələbələrin əmək bazarının mövcud şərtlərinə daha tez uyğunlaşması, onların rəqabətədavamlı namizəd olması istiqamətdində həyata keçirilən təlim çox böyük maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan Karyera və məzunlarla əlaqə sektorunun əkəkdaşı İlkin Şərifov Universitetin tələbələr üçün çoxistiqamətli layihələrindən bəhs edərək tələbələrin əmək bazarına hazırlıqlı daxil olmasının prioritet istiqamət olduğunu vurğulayıb.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək Universitetdə aparılan gənclər siyasəti və ideoloji iş haqqında iştirakçılara məlumat verib.

Sonra Paşa Həyat Sığorta şirkətinin əkdaşları Vüsalə Həsənova və Nərmin Salmanova "İş müsahibəsində uğurlu olmaq üzrə tövsiyələr” mövzusunda təlim proqramını təqdim edib. Təqdimatda BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi, tələbələr üçün şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi, tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsi məsələlərindən danışılıb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026