“Paşa Sığorta” BDU tələbələri üçün təlim keçirib

23/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə “Paşa Sığorta” ASC tərəfindən Universitet tələbələri üçün "Layihələrin idarə olunması" mövzusunda təlim keçirilib.

Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov tələbələri sektorun fəaliyyət proqramı haqqında məlumatlandırıb.

“Paşa Sığorta”nın təlimçisi Ayşən Qarayeva layihə anlayışı, layihələrin effektiv idarə olunmasının qayda və prinsipləri ilə iştirakçıları tanış edib. Bildirib ki, qarşıya qoyulmuş məqsədin reallaşmasında, hədəfə çatılmasında layihələrin düzgün idarə edilməsinin böyük rolu var. Layihələrin düzgün idarə olunması isə özündə işlərin planlaması, təşkilatlanma, idarəetmə, işlərin yoxlanması kimi məqamları birləşdirir. Layihələrin düzgün idarəsi müəssisənin effektiv inkişafına, sərmayənin daha düzgün istifadəsinə, yüksək keyfiyyət və inama, mükəmməl sistemləşməyə, müştərilərə daha yaxşı xidmətə və s. səbəb olur. Ayşən Qarayeva layihələrin düzgün idarə olunmasında səriştəli layihə menecerinin də rolunu xüsusi vurğulayıb.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026