Pakistanın Elm və Texnologiya Milli Universitetinin prorektoru BDU-da

13/05/2024

Pakistan İslam Respublikasının Elm və Texnologiya Milli Universitetinin tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektoru Rizvan Riazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU rektoru Elçin Babayev həmkarına Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. 25 mindən artıq tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 62-yə çatıb. Rektor Elm və Texnologiya Milli Universiteti ilə biotexnologiya, nanotexnologiya, biotibbi materiallar, kompüter elmləri, kibertəhlükəsizlik istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Bildirib ki, qeyd olunan sahələr üzrə birgə elmi tədqiqatlar və laboratoriyalar yaradıla, seçilmiş istiqamətlərdə ikili diplom proqramları imzalana və birgə sosial layihələr icra edilə bilər.

Pakistan İslam Respublikasının Elm və Texnologiya Milli Universitetinin prorektoru Rizvan Riaz təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verərək, BDU ilə birgə tədqiqatlardə, müəllim-tələbə mübadiləsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026