BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş

15/08/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin və bu ölkənin Milli Elm və Texnologiya Universitetinin (NUST) Siyasət Elmləri İnstitutunun rəhbəri Ashfaque Hasan Khan ilə görüşüb.

Görüşdə Azərbaycan-Pakistan elmi-mədəni əlaqələrinin inkişaf perspektivləri, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Elçin Babayev qonaqlara BDU ilə Pakistan ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq, o cümlədən Universitetin Şərqşünaslıq fakültəsində urdu dilinin tədrisi barədə ətraflı məlumat verib. Rektor bildirib ki, 2025-ci ilin mart ayında Pakistana işgüzar səfər çərçivəsində NUST Universiteti ilə BDU arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. O, həmçinin yaxın gələcəkdə qarşılıqlı səfərlərin və konkret layihələr üzərində birgə fəaliyyətin hər iki universitet arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Səfir Qasım Mohiuddin Azərbaycan-Pakistan əlaqələrinin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin bu münasibətləri daha da möhkəmləndirəcəyini bildirib.

Ashfaque Hasan Khan öz növbəsində NUST Universiteti barədə geniş məlumat verərək qeyd edib ki, universitet Pakistanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, süni intellekt, data analitikası, aerokosmik elmlər, enerji texnologiyaları və informasiya texnologiyaları sahələrində güclü elmi bazaya malikdir.

Görüşün sonunda tərəflər elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025