Pakistan İslam Respublikasının nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

10/02/2020

BDU-nun rektoru Elçin Babayev Pakistan İslam Respublikasından gələn nümayəndə heyətini qəbul edib.

Görüşdə Pakistan İslam Respublikasının Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Kayde-Əzəm Universitetinin professoru, ictimai-siyasi təhlilçi Zəfər Navaz Jaspal, Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, təhlilçi-yazıçı Mahmud əl-Həssan Xan və digər rəsmi şəxslər iştirak edib.

BDU-nun rektoru Elçin Babayev  Azərbaycan və Pakistan arasındakı mövcud ikitərəfli əlaqələrin, həmçinin yüksək səviyyəli qarşılıqlı görüşlərin hər iki ölkənin müxtəlif sahələrində inkişafa müsbət təsirindən, həmçinin təhsil istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.

Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olduğunu vurğulayan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm iki ölkə arasındakı əlaqələrin mədəni irs, qlobal və regional məsələlərlə bağlı göstərdikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunduğunu diqqətə çatdırıb.

Daha sonra qurumlararası münasibətlər kontekstində gələcək əməkdaşlıq əlaqələri və perspektivləri müzakirə edilib.

Xarici qonaqlara Universitetin fəaliyyəti, son illər görülən işlər, həyata keçirilən layihələr və proqramlar barəsində məlumat verilib. Kayde-Əzəm Universiteti ilə birgə tədbirlərin keçirilməsi, tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026