Pakistanın Sialkot Universitetinin həmtəsisçiləri BDU-da olub

30/04/2019

Pakistanın Sialkot Universitetinin həmtəsisçiləri Faisal Manzoor və Muhammad Rehan Younas Bakı Dövlət Universitetində olublar.
Rektor Elçin Babayev qonaqlara universitet haqqında məlumat verib, səfərin əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində əhəmiyyətindən danışıb.
Sialkot Universitetinin həmtəsisçisi və icraçı direktoru Faisal Manzoor təmsil etdiyi ali təhsil müəssisəsinin kompüter elmləri, biznes-menecment, tibb-fizioterapiya, tibbi biotexnologiya sahələri üzrə mütəxəssis hazırlığı haqqında məlumat verib və Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə, tələbə-müəllim mübadiləsi, birgə əməkdaşlıq kimi məsələlər müzakirə edilib.

Mətbuat və informasya şöbəsi, 30 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026