Pakistanın Siyalkot Universitetinin professoru BDU-da tələbələrinə ustad dərsi keçdi

05/05/2021

Pakistanın Siyalkot Universitetinin İqbalşünaslıq kafedrasının müdiri professor Yasmeen Kousar Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələrinə "Urdu dilinin inkişafında Məhəmməd İqbalın rolu" adlı mühazirə oxuyub.

Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov BDU-nun Pakistan universitetləri ilə əlaqələrindən, Azərbaycanda urdu dilinin tədrisi tarixindən bəhs etdikdən sonra  professor Yasmeen Kousar urdu dilinin yaranma tarixi və onun inkişafında Əllamə Məhəmməd İqbalın xidmətləri haqqında məlumat verib. Bildirib ki, Məhəmməd İqbal böyük filosof, mütəfəkkir, siyasətçi və dövlət xadimi olmaqla yanaşı, dövrünün mütəfəkkir şairi olub. Onun əsərlərində vurğuladığı məsələlər müasir dövrümüzdə də öz aktuallığını   qoruyub saxlamaqdadır.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor Yasmeen Kousar dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb, eyni zamanda fakültələr arasında əməkdaşlığın davam və inkişaf etdirlməsində maraqlı olduqlarını bildirib.

 

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026