Parisdə Azərbaycan SABAH-ın professor-müəllim heyəti üçün təlimlər keçirilib

15/09/2016

Fransanın paytaxtı Paris şəhərində Paris Sorbon Universitetində Təhsil Nazirliyinin təsis etdiyi SABAH proqramının professor-müəllim heyəti üçün “Təhsildə innovativ idarəetmə” mövzusunda təlimlər keçirilib. Təlimdə Təhsil Nazirliyinin SABAH layihəsi çərçivəsində müəllimlərlə iş üzrə rəhbər İlhamə Rəhimova, BDU-nun SABAH mərkəzinin rəhbəri, dosent İradə Süleymanova və digər professor-müəllim heyəti  iştirak ediblər.  Səfər zamanı  Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov SABAH proqramının iştirakçılarını qəbul edib.  Səfir çıxışı zamanı Fransada Azərbaycanın, Azərbaycan elminin və təhsilinin tanıdılmasına ehtiyac olduğunu vurğulayıb.  Elçin Əmirbəyov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində, həmçinin Fransanın müxtəlif universitetlərində təhsil aldıqlarını qonaqların nəzərinə çatdırıb.  Görüşdə həmçinin  Elçin Əmirbəyov səfirliyin fəaliyyəti haqqında geniş məlumat verib. O, Müluz Yuxarı Alzas Universitetində Məhsəti Gəncəvi zalının yaradılmasını və elə həmin universitetdə  2015-ci ilin noyabr ayında  Təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Nizami Gəncəvi adına Azərbaycan dili və ədəbiyyatı kafedrasının açılmasını xüsusi qeyd  edib.

Sonda səfir  Elçin Əmirbəyov tədbir iştirakçılarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzu  edib.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2016-cı il.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026