Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21/06/2018

Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Qonaqlarla görüşən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib. Universitetin nəzdində Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini bildirən rektor, eyni zamanda, uzun illərdir ki, Çin dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssis hazırlandığını diqqətə çatdırıb.

Professor Gang Tian Çin və Azərbaycan arasındakı uğurlu əməkdaşlıqdan, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilən işlərin əhəmiyyətindən bəhs edib. Prorektor G.Tian ötən ay 120 illik yubileyi qeyd olunan Pekin Universitetinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşdə müəllim-tələbə mübadiləsi, hər iki universitetin doktorantlarının elmi tədqiqata cəlb olunmaları, birgə yay məktəblərinin təşkili kimi məsələlərin əks olunduğu əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq oldə olunub.

Nümayəndə heyəti görüş çərçivəsində BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda, Nanoaraşdırmalar laboratoriyasında, Təkamül təlimi muzeyində və digər elmi-tədqiqat mərkəzlərində olublar.

Qeyd edək ki, görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova və Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov iştirak edib.

Mətbuat və informasiya 21 iyun 2018-ci il.


Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026