Polşanın Gdansk Texnologiya Universitetinin professoru BDU-da elmi seminar keçirib

06/07/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Polşa Respublikasının Gdansk Texnologiya Universitetinin Biologiya fakültəsinin Genetika və biosistematika kafedrasının professoru Barbara Vojtasik tərəfindən “Zooekoloji tədqiqatlarda yeni metodun  tətbiqi”  mövzusunda elmi seminar keçirilib.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Bofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev, fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçı və ekoloqların qatıldığı elmi seminarda məruzəçi tədqiq etdiyi su mühitinin xarakteristikası və bentos orqanizmlərin  sistematik qrupları haqqında ətraflı məlumat verib. Polşalı alim çirklənmiş su mühitinin ekoloji qiymətləndirilməsi üçün yeni metodun məzmununu təqdim edib.

Barbara Vojtasik həmçinin su hövzələrində bentoc növlərin indikator xüsusiyyətini, hidromorfoloji, hidrofiziki, hidrokimyəvi rejimləri haqqında tədqiqatlardan əldə edilən nəticələri diqqətə çatdırıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026