Polşanın Jeşov Universitetinin şöbə müdiri BDU-da mühazirə deyib

18/04/2022

Bakı Dövlət Universitetinin (BDU) SABAH mərkəzinin təşkilatçılığı, Hüquq fakültəsinin mülki proses və kommersiya hüququ kafedrasının dəstəyi ilə “Hüqüqşünas masası”nda “Azərbaycan Respublikası və Polşa Respublikasında mülki mühakimə icraatının səmərəliliyinin artırılması sahəsində islahatlar (Avropa Şurasının standartları prizmasından)” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Elçin Xələfov açaraq, Azərbaycan və Polşa arasında mövcud olan əlaqələr, hüquq sisteminə dair Avropa ölkələrinin təcrübəsi, mülki-prosessual hüququn əsasları, mülki prosesin mərhələləri, mülki-prosessual qanunvericiliyə müstəqillik dövründə edilən dəyişikliklər haqqında məlumat verib.

Sonra Polşanın Jeşov Universitetinin hüquqi işlər üzrə şöbə müdiri Anna Koşçiolek Polşa qanunvericiliyində mülki prosesdə tərəflərin hüquqları, elektron məhkəmələrin vəziyyəti, Avropa İttifaqında mülki qanunvericiliyə edilən dəyişiklər barədə danışıb. Polşalı qonaq onlayn məhkəmə proseslərinə baxış və tərəflərin dinlənilməsinə keçidin ölkə qanunvericiliyində implementasiya üsulları, Polşa mülki prosessual və maddi hüquq normaları, hüquq sistemindəki çatışmazlıqlar kimi məsələlərə aydınlıq gətirib.

Vəkillər Kollegiyasının üzvü Natavan Rüstəmova Azərbaycan Respublikasında real məhkəmə prosesində  mülki prosessual qanunvericiliyin tətbiqindən bəhs edib, bu sahədə mütəxəssis kimi formalaşmağın vacibliyini vurğulayıb.

Dəyirmi masada Təhsil Nazirliyi SABAH İcra Komitəsinin Tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev Azərbaycan və Polşa Respublikalarının mülki prosessual qanunvericiliyinin müqayisəli təhlilini aparıb.

Dəyirmi masa interaktiv formada davam edib.

Sonda SABAH qruplarının tələbələri polşalı qonağa hədiyyə təqdim ediblər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025