Polşanın ölkəmizdəki səfiri Mixal Labendan BDU-da olub
Bu gün Bakı Dövlət Universitetində Polşanın Yagellon Universiteti arasında imzalanmış müqaviləyə əsasən “Şərq Tərəfdaşlığı: Məqsədlər-Təcrübə-Çağırışlar. Proqramla əhatə olunan dövlətlərdə həyata keçirilmə prosesinin təhlili” adlı dəyirmi masa keçirilib. Tədbirdən əvvəl rektor, akademik Abel Məhərrəmov Polşanın ölkəmizdəki səfiri Mixal Labendanı qəbul edib. Ölkələrarası əlaqələrin inkişafına toxunan rektor Abel Məhərrəmov qonağa BDU haqqında ətraflı məlumat verib və Polşa universitetlərilə yaradılan əlaqələrdən bəhs edərək bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışıb. Görüşdə elm, təhsil sahəsində görülmüş işlər müzakirə edilərək, mövcud münasibətlərin inkişaf yolları təhlil edilib. Daha sonra səfirin, Yagellon Universitetinin Beynəlxalq və siyasi elmlər fakültəsinin dekanı Şlaxta Boqdan və həmin fakültənin dosenti Piotr Bajorun iştirakı ilə dəyirmi masa keçirilib. Çıxış edən prorektor, professor Aydın Kazımzadə tədbirin əhəmiyyətində bəhs edib. Tədbirdə BDU-nun, Bakı Slavyan Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Naxçıvan Dövlət Universitetinin alimləri və ekspertləri, həmçinin "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAİF) və Ümumrespublika Gənclər Hərəkəti (İRELİ) ictimai birliklərin nümayəndələri iştirak edib. Qeyd edək ki, beynəlxalq tədqiqat layihəsi olan "Şərq Tərəfdaşlığı: Məqsədlər-təcrübə-çağırışlar. Proqramla əhatə olunan dövlətlərdə həyata keçirilmə prosesinin təhlili" layihə Krakov universitetinin Beynəlxalq və Siyasi tədqiqatlar Fakultəsi Şərq Tərəfdaşlığı ölkələrinin ən yaxşı universitetləriylə birgə reallaşdırır. Layihə Polşanın Xarici İşlər Nazirliyinin "İctimai diplomatiya sahəsində əməkdaşlıq" adlı müsabiqəsində əldə olunan qrantın hesabına həyata keçirilir. Layihənin məqsədi – Şərq Tərəfdaşlığı proqramın reallaşdırılmasının təhlilində iştirak edən ekspertlər şəbəkəsinin yaradılmasıdır.
Mətbuat və informasiya şöbəsi, 6 noyabr 2013-cü il.