Portuqaliyanın Tomar Universitetinin professoru BDU-da seminar keçirib

30/05/2023

Portuqaliyanın Tomar Universitetinin professoru Valentim Nunes Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin qonağı olub. Kimya fakültəsinin dekanı Fuad Kərimli ilə keçirilmiş görüş zamanı fakültənin bakalavriat və magistratura proqramları, iştirak etdiyi beynəlxalq qrant lahiyələri haqqında fikir mübadiləsi aparılıb. Daha sonra professor Kimya fakültəsinin elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, yerinə yetirilən elmi-tədqiqat işləri və birgə lahiyələrin icrası haqqında müzakirələr aparılıb.

Sonra professor Valentim Nunes “Axın termodinamikası” mövzusunda seminar keçirib. Qonaq axın termodinamikası, maye və termodinamika sahə nəzəriyyələri, davamlı mühitdə klassik fiziki proseslərin riyazi təsvirinə həsr olunmuş məruzə ilə çıxış edib.

Xəbərlər

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar
26/11/2026

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər
26/11/2026

BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır

BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır
26/11/2026