Prezident Dmitri Medvedev Bakı Dövlət Universitetinin fəxri doktoru olub

03/09/2010

Sentyabrın 3-də Bakı Dövlət Universitetində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adının verilməsinə həsr edilmiş mərasim keçirilib.
BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov mərasimdə çıxış edərək Rusiya Prezidenti Dmitri Medvedevin həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib.
Rektor ölkələrimiz arasında dinamik inkişaf etməkdə olan münasibətlər barədə söhbət açaraq təhsil sahəsində qədim tarixi köklərə malik olan Azərbaycan-Rusiya əməkdaşlığından danışıb. Azərbaycanın qocaman ali məktəbi, ilk rektoru professor Razumovski olmuş Bakı Universitetində Rusiyanın tanınmış alimləri mühazirələr oxumasını xatırladıb. Akademik onu da qeyd edib ki, Azərbaycan alimlərinin çoxu Rusiyanın ali məktəblərində təhsil almış, Moskvanın və Sankt-Peterburqun elmi mərkəzlərində öz ixtisaslarını artırmışlar.
Son illərdə elm və təhsil sahəsində ikitərəfli münasibətlərin fəal inkişaf etdiyini söyləyən Abel Məhərrəmov bildirib ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialının açılması buna parlaq nümunədir. Bakı Dövlət Universitetinin də Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq etəmsinə toxunan rektor BDU-da rus dilində təhsil uğurla həyata keçirildiyini söyləyib.
Akademik Abel Məhərrəmov Rusiya Prezidenti Dmitri Medvedevin bu səfərinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayüıb. ATƏT-in Minsk qrupunun həmsədri olan dost dövlətin başçısı Azərbaycan üçün ən ağrılı problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normaları əsasında tezliklə və ədalətli həll edilməsi üçün hər cür səy göstərəcəyinə əminliyini ifadə edib.
Sonra akademik Abel Məhərrəmov Rusiya Prezidentinin vahid humanitar məkanın möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində, dostluq və qardaşlığın möhkəmləndirilməsində fəal iştirakına görə ona BDU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Böyük Elmi Şurasının qərarını elan edib.
Dmitri Medvedevə BDU-nun fəxri doktoru mantiyası və diplomu təqdim edildikdən sonra o çıxış edərək Azərbaycanın qocaman ali məktəbinin Elmi Şurasının üzvlərinə ona göstərdikləri etimada görə təşəkkür edərək deyib:
"Burada olmaq və fəxri doktor dərəcəsini almaq mənim üçün çox xoşdur. Mən məmnunam ki, bu hadisə səfərim çərçivəsində baş verib". Rusiya Prezidenti bu səfərinin əlamətdar olduğunu vurğulayaraq bildirib ki, bu gün imzalanan sənədlər Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açır. Rusiya Prezidenti Azərbaycan və Rusiya münasibətlərinin çoxillik tarixə malik olduğunu və dostluq-qardaşlıq münasibətlərinə əsaslandığını söyləyib: «Biz bundan sonra da maksimum sıx qarşılıqlı fəaliyyət göstərməli, bir-birimizi öyrənməliyik. Çünki ümumiyyətlə, öyrənmək heç vaxt gec və eyib deyildir. Uzun müddət birlikdə olduğumuza və indi çox yaxın tərəfdaşlar, dost ölkələr olduğumuza görə bir-birimizi əla tanıdığımızı düşünmək azdır». Prezident dilləri öyrənməyin əhəmiyyətli olduğunu da bildirib: «Yeri gəlmişkən, təkcə rus dilini deyil, Rusiyada Azərbaycan dilini də öyrənmək lazımdır. Xüsusən ona görə ki, Rusiyada çox böyük və güclü Azərbaycan diasporu vardır. Bununla məşğul olmaq lazımdır. Təhsil proqramları da lazımdır».
D.Medvedev rusiyadad da Azərbayjan dilini inkişaf etdirməkdən bəhs edib. söyləyib ki, Rusiya Federasiyasında Azərbaycan telekanallarından birinin pulsuz fəaliyyət göstərməsi barədə qərar qəbul edilib və bu əhəmiyyətldiri: «Azərbaycanın tarixi və müasir həyatı ilə maraqlananların hamısı üçün və əlbəttə, Moskvada yaşayan və işləyən Azərbaycan vətəndaşları üçün, ümumiyyətlə, Moskvadakı Azərbaycan diasporu üçün».
Bu gün Rusiyada çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını deyən Dmitri Medvedev bunun dəyərsiz kapital olduğunu qeyd edərək vurğulayıb ki, məhz bu insanlar gələcək əməkdaşlıq üçün əsas yaradacaqlar. Rusiya Prezidenti bir qədər əvvəl hər iki ölkənin tarixində çətin dövrün yaşandığını xatırladaraq, bunun artıq geridə qaldığını diqqətə çatdıraraq  Rusiya Federasiyasının Prezidenti kimi son vaxtlar üç dəfə Azərbaycana gəldiyini və bunun ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün vajibliyini vurğulayıb: «İlham Heydər oğlu dəfələrlə bizim ölkədə - Moskvada, Peterburqda, başqa şəhərlərdə olub. Bunlar həm rəsmi, həm də qeyri-rəsmi tədbirlər idi. Mən bunu çox yüksək qiymətləndirirəm. Ona görə ki, nə gizlədim, dövlətlərin liderləri arasında mehriban münasibətlərdən, əlbəttə, çox şey asılıdır. Bu baxımdan, əsası sizin universitetin daha bir məzunu - müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycanın sədaqətli oğlu kimi sevdiyimiz və qiymətləndirdiyimiz, mahiyyət etibarı ilə müəyyən, çox çətin dövrdə millətin birləşməsinə şərait yaratmış və onu keyfiyyətcə yeni səviyyəyə qaldırmış Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş ənənələr, əminəm ki, bizim fəaliyyətimiz sayəsində davam etdiriləcək və zənginləşəcəkdir».
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Dmitri Medvedev Rusiyanın bu məsələdə öz vasitəçilik məsuliyyətini dərk etdiyini, son zamanlar Rusiya dövlət başçısının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin birgə görüşlərinin keçirildiyini bildirib. Rusiya bu problemin həllində maksimum dərəcədə maraqlı olduğunu qeyd edib. Səmimi şəkildə tələbələrə müraciət edən ali qonaq ölkəmizdə elmlə məşğul olmaq üçün bütün şəraitin yaradıldığını söyləyib. Bildirib ki, Bakı sürətlə gözəlləşir, eyni zamanda burada çox xoş ab-hava vardır. O, tələbələrə Azərbaycan-Rusiya münasibətlərinin tarixini öyrənməyi tövsiyə edərək demişdir ki, ölkələrimiz arasında gələcək münasibətlər məhz siz gənclərdən asılıdır.
Çıxışının sonunda Rusiya Prezidenti ona Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə bir daha təşəkkürünü bildirib.

Mətbuat informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024