Prezident Kitabxanasının direktoru BDU-da ustad dərsi keçib

19/11/2021

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları, magistrant və tələbələri üçün Kitabxana-informasiya fəaliyyətinin menecmenti fənnindən "Kitabxana menecmentinə verilən müasir tələblər" mövzusunda ustad dərsi keçib.

Mayıl Əhmədov əvvəlcə son dövrlər Bakı Dövlət Universitetində təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin hər zaman kitabxana işinə böyük dəyər verdiyini vurğulayaraq müdrik rəhbərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir!” kəlamını diqqətə çatdırıb.

Mayıl Əhmədov mühazirəsində əvvəlcə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası haqqında, onun kadr potensialı, maddi-texniki bazası, perspektivləri və hədəfləri barədə ətraflı məlumat verib. Prezident Kitabxanasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin xeyli məzununun çalışdığını diqqətə çatdıran natiq gələcəkdə də kadrların yerləşdirliməsində fakültənin məzunlarının xüsusi rol oyanayacaqlarına əminliyini bildirib.

Mühazirədə qlobal informasiya mühitində kitabxana menecmentinə verilən müasir tələblər, informasiya konsaltinqi və logistikası kimi mühüm istiqamətlər şərh edilib, kitabxanaların fundamental funksiyalarının həyata keçirilməsində sistemli yanaşmanın vacibliyi elmi-metodoloji cəhətdən əsaslandırılıb. Modern kitabxanaçı-biblioqrafın siması, onun elmi-mədəni səviyyəsi, oxucu-kitabxanaçı ünsiyyətinin psixoloj-pedaqoji çalarları da mühazirədə öz əksini tapıb.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, Mayıl Əhmədov dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

 

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025