Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

07/07/2022

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçildiyinin, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxladığının vurğulandığı təbrikdə daha sonra deyilir: “Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm”.

Prezident ümidvar olduğunu bildirib ki, edilən dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcək.

“Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin”, - deyə təbrikdə qeyd olunur.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026