Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

27/06/2023

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.

Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026