Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş

06/10/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2022-2023-cü tədris ilində Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüşüb.

Rektor tələbələri BDU tələbəsi adını qazanmaqları və qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb: “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Sizin bu adı şərəflə daşıyacağınıza və yaxşı təhsil alacağınıza əminəm”.

Rektor Elçin Babayev Universitetin məzunlarının ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, BDU-nun ən böyük məzununun Ümummilli liderimiz Heydər Əliyev olduğunu bildirib. O, tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026