Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş

02/11/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2023-2024-cü tədris ilində Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüşüb.

Rektor tələbələri BDU tələbəsi adını qazanmaqları və qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb: “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Sizin bu adı şərəflə daşıyacağınıza, yaxşı təhsil alacağınıza, xalqımıza, dövlətimizə layiq, peşəkar mütəxəssislər kimi yetişəcəyinizə əminəm”.

Rektor Elçin Babayev Universitetin məzunlarının ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, BDU-nun ən böyük məzununun Ümummilli Liderimiz Heydər Əliyev olduğunu bildirib. O, tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026