Prezident təqaüdçüsü olan bacılar: “Doğma Qarabağda hüquqşünas kimi fəaliyyət göstərməyi arzulayırıq”

03/10/2022

Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

Modern.az bildirir ki, bu il Prezident təqaüdünə layiq görülən gənclərdən ikisi bacıdır. Həmidə və Nəzrin Sadıqova bacıları Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alırlar.

Ölkə başçısının sərəncamı ilə bağlı təəssüratlarını bölüşən Həmidə Sadıqova deyib:

“Prezident təqaüdünə layiq görüldüyüm üçün sevincliyəm. Məlumatı alanda ilk olaraq sevinc və qürur hissi yaşadım. Mən qəbul imtahanında 660.2 bal toplamışam. Hüquq fakültəsində təhsilimi davam etdirirəm. Bu, ən böyük arzum idi. Bakı Dövlət Universitetində oxumaq qürurvericidir. Gələcəyə ümidlə baxıram”.

Nəzrin Sadıqova da sevincli olduğunu söyləyib:

“Mən 660.9 bal toplayaraq əvvəldən bəri oxumaq istədiyim Hüquq fakültəsinə qəbul olmuşam. Bacımla birlikdə eyni universitetə qəbul olmağı arzulayırdım. Arzularımıza çatdıq. Biz həm bacı, həm də tələbə yoldaşıyıq. Digər yandan valideynlərimizin əziyyəti yerdə qalmadı. Əgər bir daha imtahan versəydim, yenə bu ixtisası seçərdim”.

Əslən Azərbaycanın Ağdam rayonundan olan bacılar Bakıda yerləşən T. İsmayılov adına 6 saylı orta məktəb liseyi qızıl medalla bitiriblər. Onlar gələcəkdə doğma Qarabağ bölgəsində hüquqşünas kimi fəaliyyət göstərməyi arzuladıqlarını söyləyiblər.


modern.az

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026