Professor Şamil Vəliyevin iki cilddən ibarət kitabı işıq üzü görüb

20/12/2011

Professor Şamil Vəliyevin iki cilddən ibarət kitabı işıq üzü görüb

Tanınmış ədəbiyyatşünas alim, tənqidçi və publisist, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevin müəllifliyi ilə iki cilddən ibarət «Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar» kitabı işıq üzü görüb. Birinci cilddə (1985-2000) XX əsr Azərbaycan tənqidində klassik poeziya, eyni zamanda yeni şeir haqqında estetik konsepsiyanın formalaşması məsələləri öz əksini tapır. İkinci cild (2000-2010) dövrü mətbuatda çıxan materialları əhatə edir. Kitablara həmçinin professor Ş.Vəliyevin müxtəlif illərdə nəşr olunan monoqrafiya, portret-oçerk, elmi-nəzəri və publisistik məqalə, resenziya, müsahibə, məktub və şəxsi arxivindən seçmələr daxildir. Bu əsərlərdə mətbuat və jurnalistikanın dünəni və bu günü haqqında söhbət açılır, ədəbi tənqid və poeziya barədə araşdırmalar əsaslı yer tutur, zəngin fakt, hadisə, şəxsiyyət və problemlər kontekstində irs-varislik əlaqələri tədqiq olunur. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, toplayıb nəşrə hazırlayanlar isə filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova, o cümlədən Afaq Sadıxova və Nülufər Vəliyevadır.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2011-ci il.


Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026