Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

24/10/2016

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Quluzadənin 80 illik yubileyi münasibətilə Beynəlxalq elmi konfrans keçirilib.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov konfrans iştirakçılarını salamlayıb və toplantını açıq elan edib.

Plenar iclasda rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev, Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məhəmmədəli Ramazanov, Təbriz Universitetinin professorları Ali Ajabshirizadeh və Samad Sobhanian, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva çıxış edərək, görkəmli alimin keçdiyi zəngin həyat yolundan və qazandığı elmi nailiyyətlərdən  danışıblar. Məruzəçilər çıxışlarında professor Cəfər Quluzadənin tədqiqatlarının elmə verdiyi töhfələri də diqqətə çatdırdılar. Plenar iclasın sonunda konfransda Sankt-Peterburqdan, Ukraynadan, Çexiyadan, Almaniyadan, İstanbuldan, Moskvadan olan alimlərin professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə göndərdikləri təbrik məktubları oxunub.

Sonra konfransda elmi məruzələr dinlənilib.  Tədbirin sonunda professor Cəfər Quluzadə Beynəlxalq elmi konfransın təşkilatçılarına, iştirakçılarına və qonaqlara öz minnətdarlığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2016-cı il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026