Professor Məhəmmədəli Ramazanov Yaponiyada elmi səfərdə olub

20/05/2013

Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov, Nano araşdırmalar mərkəzinin böyük elmi işçisi f.r.e.n. Ağamalıyev Zöhrab Ədalət oğlu və Radiyasiya və onun ətraf mühitə təsiri ETL-in baş laborantı, doktorant Əliyevə Sevinc Qərib qızı Yaponiyanın Tokyo Boyko şirkətinin rəsmi dəvəti ilə Yaponiyada elmi səfərdə olmuşlar. Səfər zamanı  Z. Ə. Ağamalıyev və S.Q.Əliyeva JEOL şirkətinin istehsal etdiyi JSM 7600 markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə, nümunələrin mikroskopda səklinin alınması üçün ilkin hazırlıq mərhələləri ilə yaxından tanış olmuş və treyning keçmişlər. Sonda onlarin hər ikisinə JEOL-un sertifikati təqdim edildi. Prof. M.Ə.Ramazanov JEOL şirkətinin istehsal etdiyi JSM-7600, Elektron Spin Rezonansı və Nüvə Maqnit Rezonansı cihazlarının iş prinsipləri ilə yaxından tanış olmuş və cihazların imkanları barədə JEOL-un mütəxəssisləri  T.Kikuch, T.Suzuki, Y.Mizuta ilə müzakirələr etmişdir. Eyni zamanda o, TEM və GC/LC-TOFMS xrommasspektrometri ilə tanış olmuşdur. Yaponiyaya səfər zamanı prof. M.Ə.Ramazanov Nikon korporasiyasında olmuş və orada hazırlanan cihazların texniki imkanları ilə yaxından tanış olmuş, cihazlarda aparılan tədqiqat işlərində iştirak etmişdir. Görüş zamanı Korporasiyanın Biotədqiqatlar Marketing Departementinin əməkdaşları Ph.D. Kenji Takatsuka və Yoshimitsu Tsuboi Tibbi-bioloji sistemlərdə tədqiqat aparmaq üçün ifrat yüksək ayrıd etmə qabiliyyətinə malik flüeresent mikroskopunun imkanları barədə ətraflı məlumat vermişlər.  Nikon korporasiyasının əməkdaşı Noboru Hirakava robotla təchiz olunmuş biostansiyanın inkanları və  işləmə prinsipi barədə  prof. M.Ə.Ramazanovla müzakirələr aparmışdır. Səfər zamanı Rigaku korporasiyasında Benchtop X-ray Diffractometer MiniFlex 600 iş prinsipi ile yaxından tanış olunmuş və qarşıya cıxan problemlər müzakirə olunmuşdur. Səfər zamanı Nikon korporasiyasının prezidenti ilə görüş olmuş və gələcək əməkdaşlıq barədə danışıqlar aparılmışdır.

Mətbuat və İnformasiya şöbəsi, 20 may, 2013-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024