Professor Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti” kitabının təqdimatı keçirilib

23/12/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Ana dilinin tədrisi məsələləri” mövzusu çərçivəsində Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva iştirakçıları salamlayıb, müəllifin Azərbaycan jurnalistikasındakı rolu, elmi-pedaqoji fəaliyyəti, dilçilik sahəsindəki xidmətlərindən bəhs edib, yeni ərsəyə gələn kitab barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, kitaba son 25-30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və s. müxtəlif sahələrdə gedən proses və tendensiyaları özündə əks etdirən yeni alınma sözlər daxil edilib.

Ardınca söz Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədliyə verilib. O professorun dilçiliyə dair tədqiqatlarında 4 əsas istiqamətin yer aldığını iştirakçıların diqqətinə çatdırıb: efir dilinin aktual problemləri, KİV və kommunikasiya dili, nitq mədəniyyəti və şifahi ədəbi dil məsələləri, leksikoqrafiya və lüğətçilik problemləri. Yeni kitabın bunlardan sonuncu istiqamətə uyğun gəldiyini bildirən A.Məmmədli çıxışında tanınmış filoloq və dilçi alimlərin Qulu Məhərrəmli barədə fikirlərinə də yer verib.

Təbdirdə çıxış edən Dövlət Tərcümə mərkəzinin informasiya departamentinin rəhbəri Yaşar Əliyev təqdim olunan kitabın əhəmiyyəti barədə danışıb və müəllifə yeni uğurlar arzulayıb.

Daha sonra Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev kitab və müəlliflə bağlı təəssüratlarını bölüşərək, vəsaitin tələbələrin stolüstü kitabına çeviriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu, müəllimlər Vəfa İsgəndərova, Arzu İsayeva fikirlərini bölüşüb, Qulu Məhərrəmliyə belə lazımlı bir kitab ərsəyə gətirdiyi üçün təşəkkürlərini bildiriblər.

Sonda Qulu Məhərrəmli çıxış edərək kitabın ərsəyə gəlmə tarixçəsi və gələcək yaradıcılıq planları barədə danışıb, tələbələrə və kitabdan istifadə edənlərə uğurlar arzulayıb.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026