Professor İradə Əliyeva Belarusda olub

10/10/2013

24-25 sentyabr 2013-cü il tarixlərində BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva Belarus Respublikasının Minsk şəhərində keçirilmiş “2013-cü ildə MDB dövlətlərində ekologiya mədəniyyətinin və ətraf mühitin mühafizəsi ili” adlı VIII Beynəlxalq Forumun və Avrasiya Universitetlər Assosiasiyasının növbəti iclasında iştirak edib. Professor ezamiyyət zamanı “MDB ölkələrində Gənclər siyasətinin həyata keçirilməsi” mövzusunda bölmə iclasında aparılan müzakirələr və diskussiyalarda iştirak edərək Azərbaycanlı gəncləri qarşısında duran inkişaf perspektivləri haqqında Forum iştirakçıları qarşısında çıxış edib.

VIII Beynəlxalq Forum çərçivəsində keçirilmiş Avrasiya Universitetlər Assosiasiyasının toplantısında Assosiasiyanın fəaliyyəti və gələcək perspektivləri haqqında akademik V.A.Sadovniçinin illik hesabatı dinlənilib, Assosiasiyasının qarşısında duran aktual problemlər, vahid Avrasiya təhsil məkanının yaradılması, tələbə və müəllimlərin akademik mobilliyi, təhsil sənədlərinin vahid formada hazırlanması kimi problemlərin müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 10 oktyabr 2013-cü il.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026