Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

19/12/2018

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində riyaziyyatçı alim, akademik L.S.Pontryaqinin anadan olmasının 110 illiyinə həsr olunmuş “Optimal idarəetmə və differensial oyunlar” adlı beynəlxalq elmi konfrans keçirilib. Dünyanın müxtəlif ölkələrindən riyaziyyatçı alimlərin qatıldığı konfrans Rusiya Elmlər Akademiyasının V. A. Steklov adına Riyaziyyat İnstitutunda keçirilib. Konfransda Bakı Dövlət Universitetinin  Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi analizin riyazi üsulları kafedrasınnı professoru Yaqub  Şərifov iştirak edib. “Çoxnöqtəli sərhəd məsələlərində həllin varlığı və yeganəliliyi” mövzusunda məruzə ilə çıxış edən professora təşkilat komitəsi tərəfindən sertifikat təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026