BDU və Baş Prokurorluğun birgə elmi məqalə müsabiqəsi: “Ekoloji hüquqpozmalara qarşı mübarizə”

01/01/1970

Bakı Dövlət Universiteti (BDU) və Baş Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzusunda birgə elmi məqalə müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi ətraf mühit əleyhinə olan hüquqpozmalar üzrə elmi tədqiqatların təşviqi və elmi məqalələrin dərc olunmasıdır.

Müsabiqəyə “Ekoloji cinayətlər, xüsusilə də müvafiq müharibə (ekoloji) cinayətləri”, “Ətraf mühit əleyhinə inzibati xətalar”, “İnzibati xəta haqqında qanunvericiliyin təkmilləşdirilməsi”, “Ekoloji hüquqpozmaların qarşısının alınması və ətraf mühitin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “Ətraf mühitin qorunması sahəsində qanunvericiliyinin müxtəlif aidiyyəti sahələrdə tətbiqinə dair aktual problemlərın təhlili, xarici və beynəlxalq təcrübənin ölkəmizdəki göstəricilərlə müqayisəsi və mümkün tətbiqi” mövzularında elmi məqalələr qəbul edilir.

Məqalələr Baş Prokurorluğun “Azərbaycan prokuroru” jurnalında 1 sentyabr 2024-cü il tarixinədək dərc olunmaldır. Məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, həcmi 3-4 səhifədən az olmamaqla (səhifənin ölçüləri – A4, şrift Arial 11pt, sətirlərarası məsafə 1,0 interval) qəbul edilir. Məqalədə istinad və mənbələrin göstərilməsi vacibdir. İstinad və mənbələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydada verilir. Məqalənin əvvəlində Azərbaycan, rus və ya ingilis dillərində 5-6 açar söz göstərilməlidir. Məqalənin başlanğıcında, açar sözlərdən sonra, onun qısa məzmununu əks etdirən (600-750 işarədən ibarət) xülasə, məqalənin sonunda isə digər dillərdən birində xülasə verilir. Elmi məqalənin sonunda onun elmi nəticəsi, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti göstərilir.

Təqdim olunmuş məqalələr Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilən məqalənin müəllifi (müəllifləri) diplom və pul mükafatı ilə mükafatlandırılacaq:
• I yer - 2000 manat;
• II yer - 1500 manat;
• III yer - 1000 manat.

Əlavə məlumat üçün ap@prosecutor.gov.az  ünvanına müraciət etmək, 0504666535 və ya 0552112566 nömrələri ilə əlaqə saxlamaq olar.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024