Prorektor Sani Hacıyev tələbələrlə görüş keçirib

27/05/2011

Bu gün yeni təyin olunmuş sosial məsələlər tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor prof. Sani Hacıyev Tələbə təşkilatlarının idarə heyətləri ilə görüş keçirib.Görüşün əsas məqsədi tanışlıq və eyni zamanda qarşıdakı müdətdə tələbə təşkilatlarının fəaliyyət strategiyasının müəyyənləşdirilməsi olub. Tədbirdə çıxış edən prorektor, prof. Sani Hacıyev tələbə təşkilatlarının bu günə qədər olan fəaliyyətini yüksək qiymətləndirərək gələcəkdə daha məhsuldar işləməyi tövsiyyə edib. S.Hacıyev bəzi çatışmazlıqların da olduğunu qeyd edib və bu halların ardan qalxmasında daim tələbə təşkilatlarına dəstək olacağını bildirib. Xüsusilə qeyd edib ki, tələbələrə diqqət və qayğının göstərilməsi rektor, akademik Abel Məhərrəmovun fəaliyyət sahələri arasında prioritet istiqamətlərdən biridir. Görüş  aktivlər tərəfindən maraqla qarşılanıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 may 2011-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026