Qahirə Universitetinin professoru Şərqşünaslıq fakültəsində mühazirə oxuyub
31/01/2017
Misir Ərəb Respublikasının Qahirə Universitetinin professoru, tanınmış ədəbiyyatşünas Əhməd Dərviş Şərqşünaslıq fakültəsində olub. Misirli qonaqlar dekan, professor Elxan Əzizov, Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə görüşüb. Professor Elxan Əzizov Əhməd Dərvişin elmi-pedaqoji fəaliyyəti, elmi əsərləri, ərəb ədəbiyyatşünaslığına dair apardığı araşdırmalar haqqında məlumat verib. Daha sonra misirli ədəbiyyatşünasın ərəb ədəbiyyatının dövrləri və əsas nəzəri məsələləri barədə məzmunlu məruzəsi dinlənilib. Görüş azərbaycanlı ərəbşünasların fikir mübadiləsi və tələbələrin sualları ilə yekunlaşıb.
Mətbuat və informasiya şöbəsi, 31 yanvar 2017-ci il.
![]() |
![]() |
Xəbərlər
BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim


