Qara Mustafayev - 90

26/12/2021

2021-ci ilin dekabrın 25-də Azərbaycanın tanınmış alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) Fəxri professoru, "Şöhrət” Ordenli mərhum professor Qara Mustafayevin  90 yaşı tamam olur.

Qara Teyfur oğlu Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi, 1985-ci ildə elmlər doktoru elmi dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi olub, 1960-cı ildən ömrünün sonuna qədər isə BDU-nun Biologiya fakültəsində çalışıb. Bu müddətdə o, baş müəllim, dosent, dekan müavini, dekan, professor, 1992-ci ildən Onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Qara Mustafayev 600-dən çox elmi, 400-ə qədər dövri mətbuat və publisistik məqalənin, 65 kitabın, o cümlədən 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaitinin müəllimi və həmmüəllifi olub. 5 telefilmə ssenari yazıb. 9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib. O, 18 yeni elmi konsepsiya irəli sürmüş, "biotik əlaqələr" adlı təbii qanun kəşf etmişdir.

Elmdə və təhsildəki xidmətlərinə görə Qara Mustafayev bir sıra medal, fəxri fərman, diplom və digər mükafatlarla, o cümlədən Həsən Əliyev adına Ekologiya mükafatı ilə təltif olunub. Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının akademiki seçilib. 2000-ci ildə "Şöhrət” Ordeni ilə təltif olunub. 2018-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə BDU-nun Fəxri professoru seçilib.

Qara Mustafayev 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycanın dövlət televiziyasında "Təbiəti sevənlər" verilişinin aparıcısı olub.

Qara Mustafayev 8 oktyabr 2018-ci ildə vəfat edib.

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024