Qarabağ həqiqətlərinin hüquqi aspektləri dünyanın nüfuzlu jurnalında

26/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin “İşğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın özünümüdafiə hüququ məsələsinə dair“ (“К вопросу о праве Азербайджана на самооборону по освобождению оккупированных территорий”) adlı məqaləsi Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin və Ukrayna Elmlər Akademiyasının “Gileya:  elmi xəbərlər” jurnalının “Siyasi elmlər “ seriyasında dərc olunub.

Məqalədə Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusilə AŞPA və BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə analitik beynəlxalq təşkilatların hesabatları, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" və "Muradyan Ermənistana qarşı" işləri ilə bağlı qərarları təhlil edilir. Göstərilir ki, Avropa Məhkəməsinin qərarlarında Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı təsdiqlənib və işğal olunmuş ərazilərdə baş verənlərə görə Ermənistan məsuliyyət daşıyır. Araşdırmada özünümüdafiə hüququnun beynəlxalq-hüquqi təbiəti nəzərdən keçirilir. Vurğulanır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsi imkanlarının tükəndiyinə əmin olduqda, müvafiq daxili və beynəlxalq şərait yetişdikdə işğal olunmuş ərazilərini azad etmək üçün özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü bərpa edə bilər.

Əlavə edək ki, “Gileya: elmi xəbərlər” jurnalı  Google Scholar; Index Copernicus (Polşa); EBSCO Publishing, Inc. (ABŞ); SIS (Scientific Indexing Services) (ABŞ); InfoBase Index (Hindistan) bazalarına daxil edilib.

К вопросу о праве Азербайджана на самооборону по освобождению оккупированных территорий

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026