Qarabağ qazisi BDU tələbələri ilə görüşüb

04/12/2018

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsində "Vətənpərvərlik" mövzusunda tədbir keçirilib. Adıçəkilən fakültənin tələbələri, layihə rəhbərləri - Murad Quliyev və Mirməhəmməd Hüseynov tərəfindən təşkil olunan tədbirin qonağı Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi olub.

Layihə rəhbərləri tədbir və qonaq barədə ətraflı məlumat veriblər. Bildiblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı K.Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

Daha sonra çıxış edən Kamil Musavi tədbirin təşkilinə görə fakültə rəhbərliyinə təşəkkür edib, hərbçi olmağın nə qədər şərəfli olmasından bəhs edib, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Mətbuat və informasiya şöbəsi, 04 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026