“Qarabağı tanıyıram” müsabiqəsinə yekün vurulub

26/04/2014

Bu gün Bakı Dövlət Universitetində “Qarabağı tanıyıram” adlı araşdırma müsabiqəsinin bağlanması və qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Qarabağı tanıyıram” adlı müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Qarabağ Mərkəzinin təşkilati dəstəyi ilə gənclər arasında keçirilib. Qarabağ haqqında ən yaxşı araşdırma aparan, onun tarixi, ərazisi, mədəniyyəti haqqında ətraflı məlumat hazırlayan gənclər bu müsabiqədə qalib olmaq uğrunda mübarizə aparıblar. Onlar müsabiqəyə elmi mənbələrə, tarixi kitablara, faktlara əsaslanan araşdırmalarını təqdim ediblər. Araşdırmalardan ibarət “Qarabağı tanıyıram” adlı kitabça hazırlanacaq. Ən yaxşı, ətraflı araşdırma təqdim edən gəncin məqaləsi ingilis və rus dillərinə tərcümə olunaraq elmi jurnallarda çap olunacaq. Layihənin rəhbəri BDU-nun Tarix fakültəsinin tələbəsi Zaur Abdullayevdir. Tədbiri giriş sözü ilə müsabiqədə ekspert qismində çıxış edən tarix elmləri namizədi, Azərbaycan tarixi kafedrasının müdiri dosent Mehman Abdullayev açıb. Qaliblər kimi Tural Əlizadə, Pərvin Mahmudova, Günel Əliyeva, Sara Rəcəbli, Elmira Kərimova, Nərmin Abdullayeva, Könül Məhəmmədli, Vüsalə Şirinova, Kamran Əliyev, Tural Nəsirov və İqbal İbrahimli müəyyən olunub. Qalib gələn Pərvin Mahmudovaya i-pad və qalib diplomu, fərqlənən digər araşdırma müəlliflərinə isə diplomlar təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2014-cü il.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026