“Qarabağın maddi və mənəvi sərvətləri” adlı tədbir keçirilib

21/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşəbbüsü ilə “Qarabağın maddi və mənəvi sərvətləri” adlı onlayn tədbir keçirilib.

Tədbiri Kimya fakültəsinin TGT sədri Əli Qədirli giriş sözü ilə açaraq  illər sonra azadlığına qovuşmuş Qarabağın maddi-mədəni sərvətləri haqqında məlumat verib.
Tələbə Elmi Cəmiyyəti sədri Rahilə Əhmədova Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılmasının ətraf mühitə ciddi ziyan vurduğunu bildirib.

Fakültənin dekan müavini Taleh Qəhrəmanov Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsi olduğunu vurğulayıb.

Tədbirdə  fakültənin tələbələri Məmmədli Solmaz “Qarabağın milli mənəvi dəyərləri”, Məmmədzadə Şəhanə “Qarabağın mədəniyyəti”, Məhərrəmova Arzu “Qarabağın abidələri”, İsayev İsa “Faydalı qazıntılar”,  Kərimli Fərəh “Qarabağın təbiəti”, Həsənova Sevda “Qarabağın sərvətləri” mövzusunda məruzə ilə çıxış ediblər. 
Çıxışlarda Qarabağ bölgəsinin tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngin olduğu, Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərdiyi, zəngin yaradıcılıq nümunələri diqqətə çatdırılıb.

Tədbir mövzu ətrafında müzakirə ilə başa çatıb.

Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025