BDU-da Türkiyənin Qars Qafqaz Universitetinin rektoru ilə görüş

04/05/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov da iştirak edib.  Rektor Elçin Babayev qonaqlara BDU-da tədris və elmi fəaliyyətlə bağlı məlumat verib. Qeyd edib ki, BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır.  “Tədqiqat universiteti” adı almağa hazırlaşan BDU-da son illər Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müxtəlif elmi-tədqiqat laboratoriyaları yaradılıb. Rektor BDU-nun Türkiyənin 10-dan artıq tanınmış universiteti ilə əməkdaşlıq etdiyini bildirib. O, Qars Qafqaz Universiteti ilə şərqşünaslıq, arxeologiya, təbiət elmləri sahəsində əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.  Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapı iki qardaş ölkə arasında təhsil və elm sahəsində əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanın ən böyük universiteti olan BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.  Görüşdə BDU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026