BDU-nun Qazax Milli Universiteti ilə ikili diplom proqramının ilk məzunlarına diplomlar təqdim olunub

16/01/2023

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının azərbaycanlı məzunlarına diplomlar təqdim olunub.

Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin gündən-günə genişləndiyini və artıq BDU-nun ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. BDU Qazaxıstanın bir neçə ali məktəbi ilə ikili diplom müqaviləsi imzalayıb, bir neçəsinin imzalanması istiqamətində isə iş gedir. Rektor “Dəniz və enerji hüququ” ixtisaslaşmasının hər iki dövlət üçün ehtiyac duyulan ixtisaslardan olduğunu diqqətə çatdırıb. “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığında təhsil-elm-innovasiya üçlüyünün qabaqcıl nailiyyətlərindən istifadə edilir. Proqrama qəbul olunan tələbələrə beynəlxalq ümumi dəniz hüququ, ümumi enerji hüququ, neft və qaz hüququ, həmçinin enerji və dəniz hüququ üzrə mövcud beynəlxalq konvensiyalar təlimin innovativ texnologiyalarından istifadə edilməklə tədris olunur. Tədris hər iki universitetin bu sahədə ixtisaslaşmış professorları tərəfindən ingilis dilində aparılır.
Qeyd edək ki, 2020-ci ildə imzalanan proqram çərçivəsində 8 nəfər təhsil alıb. Onlardan 6-sı azərbaycanlı, 2-si qazaxıstanlıdır.

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır
10/02/2026