Qazax filialının tələbələri “İdeyadan biznesə” layihəsində fərqləniblər

10/04/2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərsell və Microsoft şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə “Startap” turları keçirilir. Vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə reallaşdırılan Startap turları bu dəfə Tovuz şəhərində baş tutub.

“İdeyadan biznesə” layihəsi çərçivəsində keçirilən tədbirdə ilk dəfə olaraq Qazax, Şəmkir, Goranboy, Tərtər, Yevlax, Gədəbəy rayonlarından olan bir qrup gənc iştirakçı olub. Turda Qazax rayonunu Bakı Dövlət Universitetinin Qazax filialı təmsil edib. Filialın 20 nəfər tələbəsi öz ideyalarını reallaşdırmaq üçün bu tədbirə qoşulublar.

Tələbələrin irəli sürdükləri ideyalar münsiflər heyəti tərəfindən bəyənilib. BDU-nun Qazax filialının “Görən gözlər” və “Bacarıqlı əllər” adlı komandalar fərqləniblər. Hər iki komandada birləşən tələbələr ikinci və üçüncü yerləri tutublar. Qalib gələn komandalar may ayında Bakı şəhərində keçiriləcək “Startap” turuna vəsiqə qazanıblar.

Elçin İsmayıl,

Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026