Qazaxda Nəsiminin 650 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib

18/11/2019

Qazaxda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Rayondakı Ədəbiyyat Muzeyində keçirilən tədbirdə rayon rəhbərliyi, filialın professor-müəllim heyəti, tələbələr, şairlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb və bununla bağlı Qazaxda silsilə tədbirlərin keçirildiyini deyib. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasının xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandığını qeyd edib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar filialda tələbələr arasında şeir müsabiqəsinin və digər tədbirlərin keçirildiyini bildirib, olduqca enerjili, poetik və üsyankar şair olan Nəsiminin bu günümüzə qədər yaşayan yaradıcılığından danışıb.
Sonra filialın müəllimlərindən filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova “Nəsimi dilinin bədii sənətkarlıq xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
AYB Qazax zona filialının sədri Barat Vüsal öz çıxışında Nəsiminin həyat və yaradıcılığından ətraflı söz açaraq şairin poeziyası barədə konfrans iştirakçılarına məlumat verib. Müəllimlərdən Heyran Vəkilova, Mustafa Rasimoğlu müxtəlif mövzulu məruzələrlə çıxış ediblər.
Konfransda Nəsiminin 650 illik yubileyi ilə əlaqədar filialda keçirilmiş şeir müsabiqəsinin qalib gələrək Fəxri Fərmanlarla təltif olunan tələbələri Nəsiminin qəzəllərini ifa ediblər.
Elmi-praktik konfrans Nəsiminin “Məndə sığar iki cahan” adlı şeirinə bəstələnmiş mahnının səsləndirilməsi ilə başa çatıb.

Elçin İSMAYIL,
BDU-nun Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024