Qazaxıstan Respublikasının nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

03/02/2020

2020-ci il fevralın 1-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Məhərrəm Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Görüşdə Qazaxıstan Respublikası Prezidenti yanında “Koğamdık kelisim” Respublika müəssisəsinin mətbuat xidmətinin rəhbəri Xanşayım Baydauletova, Qazaxıstan Xalq Assambleyasının Nur-Sultan şəhəri üzrə katibliyinin rəhbəri Ləzzət Kusainova, Nur-Sultan şəhəri akiminin aparatı nəzdində “Koğamdık kelisim” Respublika dövlət müəssisəsinin rəhbəri Nuralı Aydaşev, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak ediblər.

Rektor Elçin Babayev Bakı Dövlət Universiteti ilə Qazaxıstan ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrin əhəmiyyətindən danışıb.  Universitetin bir neçə fakültəsində qazaxıstanlı tələbələrin təcrübə keçdiyini bildirən rektor tələbə və müəllim mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmli olduğunu vurğulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri Məhərrəm Məhərrəmov ikitərəfli əməkdaşlıq əlaqələri və perspektivləri haqqında danışıb.

Sonra nümayəndə heyəti BDU nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinə də baş çəkiblər. Qonaqlara Mərkəzin fəaliyyəti, son illər görülən işlər, həyata keçirilən layihələr və proqramlar haqqında məlumat verilib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024