Qazaxıstan səfiri BDU-da olub

16/11/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb. BDU haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən bəhs edib edib. Eyni zamanda, Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan, Bakı Dövlət Universitetində görkəmli qazax yazıçısı və filosofu  Abay Kunanbayev adına Mərkəzin fəaliyyətindən də danışıb.

Səfir Beybit İsabayev, öz növbəsində, xalqlarımız arasındakı qardaş və dostluq əlaqələrindən , təhsil və elm sahəsində əlaqələrin  uğurlu inkişafından danışıb. O, bu il Qazax xanlığının 550 illik yubileyi olduğunu və bu  münasibətlə elmi məqalələrdən ibarət kitab kolleksiyasının  nəşrinin nəzərdə tutulduğunu, Abay Kunanbayevin  isə 170 illik yubileyinin qeyd ediləcəyini söyləyib.

Sonda Bakı Dövlət Universitetində Qazax xanlığının 550, A.Kunanbayevin 170 illik yubileyi münasibətilə elmi konfransın  və  adıçəkilən  kitabın təqdimat mərasiminin  keçirilməsi  barədə razılıq əldə edilib.

Mətbuat və İnformasiya şöbəsi, 16 noyabr 2015-ci il.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026